Ana səhifə
20 Noyabr 2018

"Arzum budur ki, Qarabağ Azərbaycana qaytarılsın"

“Arzum budur ki, Azərbaycanın unudulmaz ağrı-acısı olan Dağlıq Qarabağ torpağı sülh yolu ilə öz sahibi Azərbaycana qaytarılsın”.

 

Ucnoqta.azın APA-ya istinadla məlumatına görə, bunu Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.

Səfir Dağlıq Qarabağla yanaşı, digər münaqişəli torpaqların da öz sahibinə qaytarılmasını, bütün müsəlman dünyasında sülh və əmin-amanlığın bərqərar olmasını arzu edib: “Eyni zamanda Fələstin torpaqlarının da öz sahibinə qaytarılması üçün dua edirəm. Bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq bərqərar olsun. İraqda, Suriyada, Misirdə, Liviyada, Yəməndə və digər ölkələrdə yaşayan müsəlmanlar heç bir əziyyətdən, heç bir zülmdən əziyyət çəkməsin”.

Səfir qeyd edib ki, bu gün müsəlman ölkələrində “Əl-Qaidə” və “İŞİD” kimi terror təşkilatlarının törətdiyi vəhşiliklər hamıya bəllidir: “Terrorçular insanları yurd-yuvasından didərgin salır, qadınları, uşaqları qətlə yetirirlər. Onlar dünyada əmin-amanlığa son qoymaq üçün saxta müsəlmanlar yetişdirməklə məşğuldurlar. İslam adı altında fəaliyyət göstərən bəzi qurumlar var ki, islamı ləkələmək istəyirlər. Arzum budur ki, Allah onları məhv eləsin”. 

Tarix
14 Oktyabr 2014 [14:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin