Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə

16:30 - 6 Oktyabr 2020 - Xəbər

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etmək üçün linklər açıqlanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.

Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:

https://ibar.az/az/donate
https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8
https://asanpay.az/intro/home
https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants


Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.

Xəbər xətti