Azərbaycan və Türkiyə XİN başçılarının görüşü başlayıb

13:53 - 6 Oktyabr 2020 - Xəbər

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təkbətək görüşü başlayıb. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
C.Bayramov türkiyəli həmkarını nazirliyin önündə qarşılayıb.

“Azərbaycana işgüzar səfəri çərçivəsində qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu səmimi salamlayır”, C.Bayramov görüşün əvvəlində bildirib.
Nazirlərin görüşü davam edir. 

Xəbər xətti