"Jamestown Foundation": Ermənistan münaqişəni beynəlmiləlləşdirməyə çalışır

13:01 - 6 Oktyabr 2020 - Xəbər

Ermənistan Dağlıq Qarabağ münaqişə zonasının xaricindəki Azərbaycan şəhərlərinə hücum edir.

Bunu Trend-ə “Jamestown Foundation”ın prezidenti Qlen Hovard deyib.
O bildirib ki, ölkənin ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri Azərbaycanı eyni addımı ataraq erməni şəhərlərinə zərbə endirməyə vadar etmək cəhdidir.

Q.Hovard qeyd edib ki, Ermənistan raket zərbələrini asimmetrik müharibənin forması kimi istifadə edir:
“Azərbaycan ordusu say və silahlanmaya görə Ermənistan ordusunu üstələyir. Ermənistan münaqişəni beynəlxalqmiləlləşdirməyə çatdırmağa çalışır və bununla da Azərbaycanın hərbi uğurlarını dayandırmağa ümid edir. Fikrimcə, erməni rəsmi şəxslər müharibəyə ağılsız çəkiıdə yanaşır. Mən bunu Yerevanın çarəsizlik aktı kimi qiymətləndirirəm”.

Xəbər xətti