Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi- Prezident AÇIQLADI

20:42 - 5 Oktyabr 2020 - Xəbər

Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb:
"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".

 


Xəbər xətti