Baş Prokurorluqda erməni hərbçilərin törətdiyi təxribatlarına bağlı 12 cinayət işi başlanıb.
Bunu bu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, cinayət işləri dinc əhalinin öldürülməsi, mülki şəxslərə qarşı təxribatları ar törədilməsi ilə bağlıdır: "Hazırda baş vermiş cinayət işləri üzrə istintaq aparılır.
Naftalanda bir ailənin 6 üzvünün qətlə yetirilməsi ilə bağlı 100 və 120-ci maddələri ilə bağlı cinayət işi başlanıb.
Ağdam rayonunda ermənilərin atəşi nəticəsində 1979-cu il təvəllüdlü rayon sakini, 29 sentyabrda Qaradağlı kəndində 1 nəfərin öldürülməsi ilə bağlı da cinayət işləri başlanıb. 28 sentyabrda Tərtərdə məhkəmənin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Həmin gün Tərtərdə daha 3 nəfər həlak olub. Hadisə Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib.
29 sentyabrda Tərtərdə qadın qətlə yetirilib.
Füzulinin Horadiz qəsəbəsində 1 nəfər,Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində isə 1 nəfər qətlə yetirilib. Sonuncu hadisə Ağdamda 1 oktyabrda baş verib.
Əhaliyə külli miqdarda ziyan dəyib. İstintaq orqanları dəyməz ziyanı müəyyənləşdirir".///trend