Sabahın hava proqnozu

12:56 - 3 Oktyabr 2020 - Xəbər

Milli Hidrometeorologiya Xidməti sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb

Məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı,  gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq. 

Oktyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı,  intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 14-18, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  9-13 dərəcə  isti olacaq.   

Xəbərdarlıq

Oktyabrın 4-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur. 

Xəbər xətti