"Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb"- Hikmət Hacıyev

18:53 - 2 Oktyabr 2020 - Xəbər

"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir".

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyevin sözlərinə görə, yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb:

 "Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir".

Xəbər xətti