Azərbaycan Qarabağa qanunsuz səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil

14:37 - 2 Oktyabr 2020 - Xəbər

"Təəssüf hiss ilə qeyd etmək istərdim ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri cəlb edərək onları hədəfə çevirir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Həmin ərazilərə Azərbaycanın icazəsi olmadan edilən səfərlər qanunsuzdur. Bu səbəbdən Azərbaycan onların təhlükəsizliyinə cavabdeh deyil", - o qeyd edib.///report

Xəbər xətti