Ana səhifə
22 Fevral 2018

Bakıda "Honda" iki piyadanı vurdu

Nobel prospektində avtomobil iki nəfəri vurub

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nobel prospektində Anar Həsənov idarə etdiyi "Honda" markalı minik avtomobili ilə yolu keçməyə çalışan 1984-cü il təvəllüdlü İsmayılov Ağasif Vasif oğlunu və 1991-ci il təvəllüdlü Mustafayeva Təhminə Məzahir qızını vurub. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı T.Mustafayevanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü avtomobili ilə birlikdə ərazidən uzaqlaşıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) və 264-cü (hadisə yerindən yayınma) maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix
3 Oktyabr 2014 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ