Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 500-ü keçib

14:14 - 2 Oktyabr 2020 - Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 51 382 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 532 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 966 nəfər koronavirusdan ölüb, 5 709 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Xəbər xətti