Ana səhifə
19 Oktyabr 2018

Tanınmış aktrisa: “Şəxsi həyatım kimə lazımdır? - Müsahibə

“Şəxsi həyatımda qaranlıq heçnə yoxdur”

 

 

“Keyxanım” ləqəbi ilə tanınan əməkdar artist Ülviyyə Əliyeva 2 illik fasilədən sonra Musiqili Teatrdakı fəaliyyətinə başlayıb. Ucnoqta.az xəbər verir ki, ailəm.az-ın qonağı olan əməkdar artist yaradıcılıq işlərindən tutmuş, şəxsi həyatına qədər bir sıra mətləblərdən danışıb.

 

 

- 2 illik fasilədən sonra bu yaxınlarda yenidən Musiqili Teatrda fəaliyyətə başladınız. Fasiləyə səbəb nə idi?

- Səbəb o idi ki, mən “3 bacı”, “Qorxma, mən səninləyəm” kimi seriallara çəkilirdim. Bundan əlavə, “Zəhmətkeş ulduzlar” adlı verilişdə aparıcılıq edirdim. Demək olar ki, həftənin bütün günlərini çəkilişlərdə olurdum. Teatrdakı fəaliyyətimi çatdıra bilmirdim. Buna görə də Musiqili Teatrın direktoru Əlqismət Lalayevdən icazə aldım. Çox sağ olsun ki, icazə verdi. İki il mən çəkilişlərimə rahat gedib gəldim. Bilirsiniz ki, teatrın maaşı azdır. Ona görə də, məcbur olub, seriallara çəkildim.

 

- Həm aktrisalıq, həm də aparıcılıq edirsiniz. Çətin deyil?

- Bilirsiniz, çətin iş yoxdur. Hər iki peşə məsuliyyət tələb edir. Əgər mən bu yerə qədər gəlib çatmışamsa, onu qoruyub saxlamalıyam. Məsələn teatrda öz rollarımı oynayan zaman tamaşaçını yola versəm, insanlar “ehh” deyib, gedəcəklər. Aparıcılıqda isə daha da diqqətli olmalıyam. Çünki mənə minlərlə insanlar baxır.

 

- Müğənnilərin və aktrisaların aparıcılıq etməsi zaman-zaman müzakirə mövzusu olub. Aparıcılıq etdiyinizə görə tənqidlər olub?

- Yox. Bilirsiniz niyə? Çünki biri var ki, publisistik veriliş, biri də var ki, əyləncəli veriliş aparım. Fərq böyükdür. Aktrisalığıma güvənərək, aparıcılıq edirəm. Xəbər aparıcısı olsam, təbii ki, tənqid olunaram. Demirəm ki, “mən aparıcıyam”. Çünki bu böyük bir sözdür. Mən aktrisa kimi veriliş aparıram.

 

- Aparıcılığınızla kimsənin yerini tumamısınız ki?

- Yox, qətiyyən. Bu həyatda hər kəsin öz yeri var. Əgər kimdəsə nəsə alınmırsa, günahı başqasında axtarmaq düzgün deyil. Çalışmaq lazımdır. Heç kim anasının qarnında öyrənib, aparıcı olmayıb. Təbii ki, mən də aparıcılığa başlayanda qüsurlarım var idi. Bu gün də var.

 

- Nədənsə mediada yaradıcılıq işlərinizdən çox, şəxsi həyatınız müzakirə olunursunuz...

- (Sözümü yarımçıq kəsir...) Mən yeganə aparıcıyam ki, eyni vaxtda ayrı-ayrı telekanallarda veriliş aparıram. Bəlkə də bu heç dünyada da yoxdur. Çünki buna icazə yoxdur. Bir aparıcı yalnız bir telekanalda veriliş apara bilər. Amma bu barədə heç kim yazmır. Niyə? Teatrda isə 16 illik fəaliyyətim var. Bu barədə də heç kim yazmır. Amma şəxsi həyatımdan yazırlar. Bilmirəm, bunun səbəbi nədir?! Məsələn, mənə şəxsi həyatım barədə sual veriləndə cavab vermirəm. Dərhal yazırlar ki, “Şok “Keyxanım” nişanlısının şəkillərini bölüşdü”. Adama deyərlər, “Harda bölüşüb?”. Mənim şəxsi həyatım kimə lazımdır ki? Hə, indi mən sabah ailə qurdum, sonra nə yazacaqlar? Şəxsi həyatımın mediada müzakirə olunmasını sevmirəm. Bu mənim xarakterimə uyğun deyil.

 

- Bəzi müğənnilər var ki, şəxsi həyatlarını özləri reklam edir. Amma siz reklam etmədiyiniz halda müzakirə olunursunuz.

- Elə şou-biznes aləmini qatanlar həmin insanlar olub. Bu aləmdə şəxsi həyatları ilə gündəmə gələnlər çoxdur. Mənimsə buna heç zaman ehtiyacım olmayıb. Çünki sənətim var. Bizim korifey sənətçilərimiz olub. Hansı biri şəxsi həyatları ilə gündəmə gəlib? Heç biri. Sənət, yaradıcılıq olmayanda düşünürlər ki, nə ilə yadda qalsınlar? Şükür Allaha, şəxsi həyatımda qaranlıq heç bir şey yoxdur. Şəxsi həyatımda pis, gizlin işim yoxdur ki, ona görə danışmaq istəməyim. Sadəcə xoşlamıram ki, şəxsi həyatımla gündəmə gəlim, müzakirə olunum. Şəxsi həyatımda hər şey şəffafdır. Azərbaycan ailəsinə layiq nə varsa, o mənim ailəmdə də var.  Mənim yaradıcılığım ola-ola niyə şəxsi həyatımı müzakirə etməlidirlər?

 

 

- Bir çox həmkarlarınız tanınmaq üçün külli miqdarda pul xərcləyib. Bəs siz pul xərcləmisiniz?

- Bəlkə də mən yeganə aktrisalardanam ki, sənətimə 1 qəpik də pul xərcləməmişəm. Bizim sənətdə əsas olan Allahın vergisi, daha sonra naxışdır. O qədər istedadlı aktyor və aktrisalarımız olub ki, bəxtləri gətirməyib, elə karyeralarını teatrın özündə də davam etdiriblər.

 

                 

- Şou-biznesdə müğənnilər arasında bir-birinə “quyu qazanlar”, “ayağını çəkənlər”, arxasınca danışanlar var. Bu aktrisalar arasında da var?

- Bəlkə var, mənim qarşıma çıxmayıb. Bilirsiniz niyə? Mən hər zaman böyük-kiçik yerini bilmişəm. Hamıya hörmətlə yanaşmışam. İki teatrda çalışmışam. Əvvəllər Gənclər Teatrında, indi isə Musiqili teatrda çalışıram. Hacıbaba Bağırov, Afaq Bəşirqızı, Ofeliya Aslanla birgə çalışmışam. Bu günün özündə də məndən böyük biri içəri girən zaman ayağa qalxıram. Nə olsun ki, tanınmışam?  Məşhurluq bu gün var, sabah yoxdur.

 

- Formada qalmaq üçün pəhriz saxlayırsınız?

- Yox, mən pəhriz saxlamıram. Tanıyanlar bilir ki, mən çox yeyən deyiləm. İşlə bağlı rejimsiz yediyimə görə kökəlirəm.

Tarix
29 Yanvar 2015 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin