Ana səhifə
19 Sentyabr 2018

Qars-Naxçıvan dəmir yolunun layihələndirməsinə başlanılıb

Hazırda türkiyəli mütəxəssislər Qars ərazisində dəmir yollarının Naxçıvana birləşdirilməsi üçün azərbaycanlı mütəxəssislərlə birgə layihələndirmə işləri aparırlar.
Ucnoqta.az” AzərTAc-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
“Naxçıvan-Qars dəmir yolunun xəttinin çəkilməsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında müvafiq protokol imzalandığını xatırladan nazir müavini qeyd edib ki, dəmir yolu xəttinin böyük bir hissəsi qardaş ölkənin ərazisindən keçəcək. Naxçıvan ərazisində isə təxminən 13 kilometr yeni yol salınması nəzərdə tutulur. Həmçinin burada 160 kilometr dəmir yolu xəttinin yenidən qurulmasına da ehtiyac var. Bu, kifayət qədər böyük layihədir. Onun detalları tam aydınlaşdıqdan sonra layihə hökumətə təqdim olunacaq.
Qeyd edək ki, Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlərə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlanılması planlaşdırılır. Bu, strateji əhəmiyyətli layihə olaraq, eyni zamanda, Naxçıvan ilə Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir.

Tarix
14 Oktyabr 2014 [14:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin