Ana səhifə
13 Noyabr 2018

«Ekran əsərlərində yaxşı aktyorun olması çox vacibdir»

Xalidə Quliyeva: «Gənc nəsli kurslara göndərmək lazımdır»

 

 

«Seraildan təklif gələrkən ilk növbədə rejissorunun kim olduğunu öyrənirəm». Bu sözləri «Üç nöqtə»yə əməkdar artist Xalidə Quliyeva dedi. Onun fikrincə, rejissorun istedadlı olması işində özünü biruzə verir: «Rejissorun istedadı, peşəkarlığı ilə yanaşı, işinə yanaşmağı, fədakarlığı da çox önəmlidir. Rejissor zəif də ola bilər, amma görsəm ki, rejissor işini çox sevir, fədakarcasına işləyir, mən elə rejissorla işləməyə və həmişə kömək etməyə hazıram. Sonra serialda hansı aktyorların iştirak etməsinə nəzər salıram. Bu şərtlər çox vacibdir ki, mənə də çəkilmək üçün stimul olsun. İfa edəcəyim roluma gəlincə, filmin, ssenarinin konsepsiyasından çıxış edərək rolun nə dərəcədə ideyanın daşıyıcısı olduğuna fikir verirəm. Məni üçün rolumun mübariz olması maraqlandırır. Hər rolu oynaya bilərəm, amma onun xarakterində mütləq mübarizlik olmalıdır, güzəştə getməməlidir. Belə obraz olanda işləmək mənim üçün maraqlı olur».

Xalidə Quliyeva onu da dedi ki, bəzi serillarda peşəkarlıq çatışmır: «Serillarımız var və hazırda da çəkilir. Sadəcə, seriallarımızda peşəkarlıq çatışmır. İşini sevən gənclərə, rejissorlara, operatorlara, qrim ustalarına, işıq ustalarına kömək etmək və onları praktikaya göndərmək lazımdıp. Bu, əlbəttə ki, dövlət tərəfindən olmalıdır. Sonra tələb etmək lazımdır ki, görək ikinci serialda nə etdi və inkişaf varmı. Bundan sonra seriallarımızı Türkiyə, İranla müqayisə edə bilərik. Türkiyədə aktyorlar hər il 2-3 ay Amerikada praktika keçirlər. Təkrar biliyin anasıdır. Yenidən öyrəndiklərini başladıqları işdə tətbiq edirlər. Düzdür, onlar öz maddi imkanlarından istifadə edirlər. Amma bizdə nə aktyorlarda, nə rejissorlarda, nə də operatorlarda belə imkan var. Mənim belə bir təklifim var ki, hər il gəncləri Avropa ölkələrinə, eləcə də Rusiyaya dövlət hesabına praktikaya göndərsinlər. Sonra nəisə onlardan tələb edə bilərik. Hazırda onlar işləyirlər, çalışırlar, çəkirlər. Buna da sevinirəm. Ona görə ki, maaş alırlar, dolanırlar. Hamımız bilirik ki, aktyorların maaşı azdır, teatr aktyorlarının da. Serillara çəkilməsək, dublyaja getməsək neynəyərik, nə ilə dolanarıq, bilmirəm. Əgər dünya səviyyəsinə çıxmaq istəyiriksə, gənc nəslə dəstək olunmalı və onları kurslara göndərmək lazımdır. Hazırda da gənc nəslin aktyorları, rejissorları, operatorları arasında istedadlıları var”.

Əməkdar artist hazırda “Bir ailəm var” serialına çəkildiyini qeyd etdi: “Serialın rejissoru Rüfət Şahbazovdan çox razıyam. Aktyorlarla işi çox gözəl bacarır. Bizim serialımız aktyor ansamblına, peşəkarlığa görə reytinq qazanır, baxılır. Ekran əsərlərində yaxşı aktyorun olması çox vacibdir. Ssenari yaxşı ola bilər, amma onu aktyor yaxşı oynaya bilməz. Bizim serialda Həmidə Ömərova, Elşən Rüstəmov, Rada Nəsibova, Elnur və bir çox peşəkar aktyorlar iştirak edirlər. Onlarla burada yenidən rastlaşdım və məndə stimul yarandı ki, nəsə etmək lazımdır. İstedadlı aktyorlarımız çoxdur, sadəcə onlar yaxşı rejissor əlinə düşməlidirlər. Rejissor kimi Rüfət Şahbazovdan və “Pərvanələrin rəqsi” serialının rejissoru Rövşən İsaxdan çox razıyam. İşlərinin peşəkarlarıdırlar. Dediyim fikirdə qalıram ki, onlara dəstək olmaq və praktikaya göndərmək lazımdı”.

X.Quliyeva “Nabat” filminin uğurlarından da danışdı: “Bu yaxınlarda Azərbaycan kinosunun qələbəsi oldu. Elçin Musaoğlu dünya səviyyəsində, Venesiya və Kann, Berlin festivalına layiq bir film olan “Nabat”ı çəkdi. Bir çox mükafatlara layiq görüldü. Buna görə Azərbaycan kinosunun qələbəsinə şadam və arzu edirəm ki, Azərbaycan serialları da o ödüllərə layiq olsun”.

 

Rəqsanə

Tarix
28 Yanvar 2015 [17:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin