SON DƏQİQƏ: Bir sıra kəndlərimiz azad edilib- SİYAHI

14:11 - 27 Sentyabr 2020 - Xəbər

Ermənsi təxribatının qarşısı uğurla alınır, düşmənə layiqli cavab verilir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, artıq real nətciələr var, bir sıra strateji yüksəklikər, bir sıra ərazilər, kəndlər işğaldan azad edilib.

Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Xəbər xətti