Ermənistanda fövqəladə vəziyyət və ümumi səfərbərlik elan edilib

13:05 - 27 Sentyabr 2020 - Xəbər

Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

Erməni KİV-lərinin verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

N.Paşinyan bildirib: "Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir".
///trend

Xəbər xətti