Düşmənin komanda məntəqələrinə zərbələr endirilir- Müdafiə Nazirliyi

12:15 - 27 Sentyabr 2020 - Xəbər

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Xəbər xətti