Binəqədidə avtomobil 2 yaşlı körpəni vurdu

22:34 - 26 Sentyabr 2020 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. M.R.Rəsulzadə qəsəbəsində 2018-ci il təvəllüdlü Baxşəliyev Yusif İsmayıl oğlunu küçədə avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti