Ukraynada matəm elan olunub

14:20 - 26 Sentyabr 2020 - DÜNYA

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. Fərmanda deyilir: "25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin". Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib. Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub. Təyyarənin göyərtəsində 27 nəfər olub.

Xəbər xətti