“Bu yolla Dağlıq Qarabağ Azərbaycandan həmişəlik alına, qoparıla bilər”- Əlisahib Hüseynov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə Moskvada görüş zamanı Azərbaycanın işğal altındakı 5 rayonunun qaytarılmasını, kommunikasiya xətlərinin açılmasını və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd etməsinin istər cəmiyyətimiz tərəfindən, istərsə də siyasilər tərəfindən birmənalı qarşılanmaması anlaşılandır.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib. Əlisahib Hüseynovun sözlərinə görə, əksər insanlarımızın bu bəyanata münasibəti mənfidir: 
"Çünki insanlarımız haqlı olaraq narahatlıq hissi keçirirlər ki, bu plana əsasən, 5 rayonun qaytarılmasının müqabilində Rusiya “sülhməramlılar” adıyla öz qoşun kontingentini bölgəyə yerləşdirə və üstəgəl, Ermənistanla sərhədlərin açılmasını tələb edə bilər. Şübhəsiz ki, bu şərtlər Azərbaycan tərəfindən qəti şəkildə qəbuledilməzdir.

Çünki bu şərtlərin arxasında çox uzağa gedən hədəflər, niyyətlər gizlənir. Biz dırnaqarası “sülhməramlı” qüvvələrin bölgəyə yerləşdirilməsi ilə bütövlükdə Dağlıq Qarabağı itirmək təhlükəsi ilə üzləşə bilərik. Bu yolla Dağlıq Qarabağ Azərbaycandan həmişəlik alına, qoparıla bilər. Nəticədə isə ölkəmiz öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək imkanından məhrum olunacaq".

Partiya sədri qeyd edir ki, biz bunu Rusiyanın indiyə qədər müxtəlif münaqişə bölgələrində sərgilədiyi “sülhyaratma” təcrübəsindən görmüşük, bilirik: "Odur ki, bu cür hiylə və məkrlə yoğrulmuş şərtlərdən birmənalı şəkildə imtina etməliyik. Şərtləri Lavrovlar, Paşinyanlar yox, yalnız İlham Əliyev diktə edə bilər. İlham Əliyev də şərtini artıq bəyan edib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi bizim bir şərtimiz var – işğalçı qoşunlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar!"

Tarix
25 Sentyabr 2020 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-25 12:22:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin