Qubada qadını avtomobil vuraraq öldürüb

16:14 - 24 Sentyabr 2020 - HADİSƏ

Quba rayonunda qadını avtomobil vurub. 

"Report"un məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil Qubanın Amsar kəndindən Alekseyevka kəndinə alma yığmağa gələn qadını vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti