Beş maşına çırpılan yanacaq tankeri aşaraq partladı; 7-si uşaq, 23 ölü - FOTOLAR

17:43 - 24 Sentyabr 2020 - HADİSƏ

Nigeriyanın Kogi əyalətində yanacaq daşıyan tankerin iştirakı ilə dəhşətli yol qəzası baş verib. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Lokoja-Abuja avtomagistralının Felele rayonu ərazisində qeydə alınıb.

Məlumat görə, hərəkətdə olan yanacaq daşıyan yük maşını, əyləcində yaranan nasazlıq səbəbindən sürücünün idarəetməsindən çıxıb və avtobus dayanacağının yaxınlığında 5 avtomobilə çırpıldıqdan sonra aşaraq partlayıb.

Qəza nəticəsində 7-si uşaq olmaqla, 23 nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti