Maşın sürməyi öyrənən qadın xəstəxanaya girdi - FOTO

15:42 - 24 Sentyabr 2020 - HADİSƏ

Türkiyənin Mersin vilayətində avtomobil sürməyi öyrənən qadın qəza törədib. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Toroslar rayonunda qeydə alınıb.
Məlumata görə, avtomobil sürməyi öyrənən Zehra Çamlı adlı bir qadın, döngəli küçədə manevr edən zaman, idarə etdiyi "Fiat" markalı yüngül ticarət maşınının sükan hakimiyyətinə nəzarəti itirərək yol kənarında yerləşən ailə sağlamlıq mərkəzinin divarından içəri girib. Qəza nəticəsində xəsarət alan olmasa da, qadın sürücü və sərnişin kreslosunda əyləşən şəxs qabaqlayıcı tədbirlər məqsədilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti