“BMW” “zebra”da 9 yaşlı piyadanı vurub öldürdü - VİDEO

14:39 - 24 Sentyabr 2020 - HADİSƏ

Rusiyanın Meqion şəhərində məktəbli piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, hadisə Zareçnoy küçəsində qeydə alınıb.

Kadrlarda, minik avtomobilinin sürətlə hərəkətdə olduğu və bu zaman yerüstü keçiddən qaçaraq keçməyə çalışan piyadanı vurduğu görülür. Zərbənin təsirindən havaya qalxan piyada bir neçə metr uçaraq asfalta dəyir.

Yerli KİV-in məlumatına görə, şəhər sakini olan 9 yaşlı məktəbli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəzanı törədən “BMW” markalı avtomobilin 30 yaşlı sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti