Yevlaxda avtomobil velosipedçini vurub

09:48 - 24 Sentyabr 2020 - HADİSƏ

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib. 

APA-nın məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti