Bərdədə 28 yaşlı qadın xəstəxanada öldü

23:01 - 23 Sentyabr 2020 - HADİSƏ

Bərdədə 28 yaşlı qadın əməliyyat zamanı ölüb.

Rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Ayşən Valeh qızı Bərdə rayon Mərkəzi Xəstəxanasında cərrah Asəf Fərzəliyev tərəfindən kista əməliyatından bir neçə dəqiqə sonra ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti