Ana səhifə
21 Noyabr 2018

Fələstinli nazir Azərbaycana gəlir

Fələstinin Xarici İşlər naziri  Azərbaycana rəsmi səfər edəcək.

 

 

Ucnoqta.az” xəbər verir ki, Axar.az-ın məlumatına görə,  bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

 

Məlumata görə, 2014-cü il 15-16 oktyabr tarixində Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Riyad əl-Malikinin Azərbaycannın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

 

Görüşdən sonra xarici işlər nazirlərinin keçirəcəyi birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən bu ilin 15 oktyabr tarixində saat 11:25-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

 

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Tarix
14 Oktyabr 2014 [13:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin