Biləsuvarda "Mercedes" traktorla toqquşub- ölən və yaralananlar var-Foto

18:51 - 23 Sentyabr 2020 - HADİSƏ

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb. Traktorla "Mercedes" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb və bir neçə nəfər ağır yaralanıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.///Apa


Xəbər xətti