Luis Suares "Barselona" ilə vidalaşdı

16:38 - 23 Sentyabr 2020 - İDMAN

İspaniya "Barselona"sından ayrılacağı gözlənilən uruqvaylı futbolçu Luis Suares komanda yoldaşları ilə vidalaşıb.

"Report" xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Jerar Romero özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

Bu gün səhər saatlarında klubun bazasına yollanan 33 yaşlı hücumçu komanda üzvləri ilə vidalaşdıqdan sonra oranı tərk edib. Yaxın saatlarda Kataloniya təmsilçisinin oyunçu ilə müqaviləyə xitam verilməsi barədə açıqlama yayacağı gözlənilir.

Təcrübəli forvard karyerasını digər La Liqa təmsilçisi "Atletiko"da davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildən "Barselona"da çıxış edən L.Suares ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla 2021-ci ilin yayınadək müqaviləsi var.

Xəbər xətti