Tikintidə yıxılan fəhlə xəsarət alıb

Salyan rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun "Plastmas" yaşayış massivindəki Əlövsət Quliyev küçəsində qeydə alınıb.

Belə ki, ev tikintisi zamanı fəhlə işləyən, 1989-cu il təvəllüdlü Salmanov Samir Füzuli oğlu ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılıb.
Nədicədə müxtəlif dərəcəli bədən xəsarəti alan S.Salmanov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
23 Sentyabr 2020 [09:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-23 09:13:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin