Gürcüstan polisi gücləndirilmiş iş rejiminə keçib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlament seçkilərinin azad, təhlükəsiz və dinc şəraitdə keçirilməsinin təmin olunması ilə bağlı əmr imzalayıb.  

Ölkənin bölgələrində polis bölmələrinin fəaliyyət göstrədiyi ərazilərdə qanun pozuntularının qarşısının alınması və onlara reaksiya verilməsi üzrə qruplar yaradılacaq.
Əmrə əsasən, polis əməkdaşları vəzifələrini yerinə yetirərkən siyasi bitərəflik prinsipinə ciddi əməl etməlidirlər.

Sənəddə qeyd olunub ki, polis məmurunun hər hansı bir siyasi partiyanın xeyrinə və ya ona qarşı yönələn hərəkət etməsi yolverilməzdir.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. ///report

Tarix
22 Sentyabr 2020 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-22 15:29:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin