İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

İranda ötən sutka ərzində 3 712 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 429 193 nəfərə çatıb. Virus daşıyıcılarından 3 922 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 178 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 24 656 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 363 737 nəfər koronavirusdan sağalıb.///trend

 

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Tarix
22 Sentyabr 2020 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-22 15:23:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin