Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribatla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, Türkiyə XİN başçısının paylaşımında deyilir:
"Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğluna Allahdan rəhmət, ailəsi və qardaş Azərbaycana başsağlığı verirəm. Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı davasında daima yanındayıq".