Ana səhifə
25 Sentyabr 2018

Sabaha olan hava proqnozu

Gündüz havanın temperaturu 20-26°-dək qalxacaq

 

 

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz olacaq, Mülayim cənub küləyi əsəcək.

Ucnoqta.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, gecə 14-17°, gündüz 20-26° isti olacaq.

Nisbi rütubət gecə 75-85%, gündüz 60-65%, atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Bəzi qərb rayonlarında, Lənkəran-Astara ərazisində qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 11-16°, gündüz 21-26°, dağlıq ərazilərdə gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.

Tarix
14 Oktyabr 2014 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin