Azərbaycanın “Eurovision 2021”də iştirakı təsdiqləndi

 

Azərbaycanın "Eurovision 2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

 İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək tədbirdə ölkəmizi müğənni Samirə Əfəndi təmsil edəcək.

Yarışmanın 18, 20 və 22 may tarixlərində Rotterdamda keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"ın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Tarix
18 Sentyabr 2020 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 12:47:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin