Dostu ilə birləşib əmisini öldürən şəxsin məhkəməsi başlayır

11:09 - 18 Sentyabr 2020 - HADİSƏ

Tərtər sakinini tamah məqsədilə öldürməkdə təqsirləndirilən Zamin Abbaszadə və Cavad Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qeydə alınıb.

Kənddə "Matı" ləqəbi ilə tanınan 1983-cü il təvəllüdlü Kərimov Niyaməddin Məhiyəddin oğlunun tamah məqsədi ilə öldürüldüyü müəyyənləşib.

İlkin məlumatlarda qeyd edilib ki, 20 yaşlı Cavad Kərimov dostu, Kəngərli kənd sakini olan 19 yaşlı Zamin Abbaszadəyə əmisində xeyli miqdarda pul olduğunu bildirib. Z.Abbaszadə Sarov kəndində yaşayan babasıgillə qonşu olan Niyaməddindən pulun alınması ilə birgə Cavadla plan qurublar. Onlar 36 yaşlı kişinin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona qarşı zorakılıq ediblər və gecə saatlarında pul tələb ediblər. Lakin N.Kərimov həmin şəxslərə pul verməyəcəyini bildirib, müqavimət göstərib. Dostlar N. Kərimovu qətlə yetiriblər.

Hər iki şəxs tutularaq istintaqa təhvil verilib. ///Apa

Xəbər xətti