Ana səhifə
18 Sentyabr 2018

Rubl rekord səviyyədə düşdü

Oktyabrın 13-də Rusiya rublu, hökumətin müdaxiləsinə baxmayaraq, avro və dollara nisbətdə rekord həddə düşüb. Bir avro 51.33 rubl, 1 dollar isə 40.49 rubla bərabər olub. 

Ucnoqta.az  azadliq.org-a istinadla bildirir ki, Rusiya Mərkəzi Bank sədri Elvira Nabiullina deyib ki, bank oktyabrın 3-dən bəri rublu dəstəkləmək üçün 6 milyard dollar xərcləyib.

Rusiya Krımı anneksiya edəndən sonra beynəlxalq sanksiyalar artıb. Nəticədə Rusiyanın böyük şirkətləri əsas borc bazarlarından uzaq düşüb.  Rusiyanın neftdən asılı olan iqtisadiyyatına düşən neft qiymətləri də təsir edir. Oktyabrın 13-də neftin bir bareli 88 dollara düşüb.
Beynəlxalq Valyuta Fondu bildirir ki, bu il Rusiyadan kapital axını 100 milyard dollara çatacaq, inflyasiya isə 8 faizdən artıqdır.

 

Tarix
14 Oktyabr 2014 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin