Daşkəsəndə minik maşını aşıb- 3 nəfər xəsarət alıb

20:55 - 17 Sentyabr 2020 - HADİSƏ

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti