“WhatsApp”da nasazlıq yaranıb

“WhatsApp” mesencerinin beta versiyasında dünya boyu nasazlıq ortaya çıxıb.

“Report” “NewsBytes”a istinadən xəbər verir ki, toplu çatlardan istifadəçilər yox olmağa başlayıb.

Bəzi istifadəçilər “Twitter”dən bildirirlər ki, başqa istifadəçi hər hansı ismarıc göndərəndə onlar çatda yenidən görünməyə başlayıb.

Bununla yanaşı, Hindistandan bir istifadəçi “WhatsApp” vasitəsilə şəkil çəkə bilmədiyini açıqlayıb.

Sözügedən çətinliklərlə yalnız v2.20.200.7 və v2.20.200.8 versiyalarını işlədən “Android” istifadəçilərinin üzləşdiyi bildirilir. Belə ki, daha köhnə versiyanı yükləməklə bu nasazlıqdan qurtulmaq mümkündür.

“WhatsApp”dan məsələyə dair fikir bildirməyiblər.

Tarix
17 Sentyabr 2020 [16:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-17 16:40:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin