Türkiyədə güclü zəlzələ olub

19:25 - 16 Sentyabr 2020 - DÜNYA

Bu gün Türkiyənin Muş vilayətinin Qorqud rayonunda 4,7 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 17.48-də 16.24 kilometr dərinlikdə baş verib, təkanlar ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Xəbər xətti