Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

"Azercell"dən Bilik Günü təbriki -FOTO

Ölkənin lider mobil operatoru Azercell hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.

Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur Busuu mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.

Azercell şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. Azercell onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.

Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Azercell Bilik Günü münasibətilə bütün məktəbliləri və tələbələri təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayır!
Gənclərin təhsil və inkişafına dəstək - Azercell Telekom—un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış “Virtual Məktəb” portalı üzərindən onlayn tədris keçən 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

Tarix
15 Sentyabr 2020 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-15 12:46:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin