Saatlıda ev yanıb

18:47 - 13 Sentyabr 2020 - HADİSƏ

Saatlı rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 156 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti