Bakıda liftdə qalan 2 nəfər şəxs xilas edilib

11:46 - 13 Sentyabr 2020 - HADİSƏ

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Nazirlikdən  verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.///trend

Xəbər xətti