İsmayıllıda 3 otaqlı ev yanıb

10:34 - 13 Sentyabr 2020 - HADİSƏ

İsmayillı rayonunda 3 otaqlı ev yanıb.


Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti