Şabranda yol qəzası qaz xəttini yararsız vəziyyətə saldı- Foto

18:39 - 12 Sentyabr 2020 - Xəbər

Şabran rayonunda avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sentyabrın 12-də Şabran rayonu Dağ Bilici kəndində avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib. Diametri 76 mm olan qaz xəttinin 30 metrlik hissəsi yararsız vəziyyətə düşüb.


Xəbər xətti