Nizami Xudiyevin oğlunun işdən çıxarılması xəbərinə RƏSMİ MÜNASİBƏT

18:15 - 12 Sentyabr 2020 - Xəbər

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır:

“Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır”. 

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.

Xəbər xətti