Bakıda “Mercedes" yük maşınına çırpıldı- ölən və yaralananlar var

12:56 - 12 Sentyabr 2020 - HADİSƏ

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Şərur rayon sakini R. Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini  V.Muradova məxsus “Mercedes” markalı yük avtomobilinə vurub.

Nəticədə R.Məmmədovun sərnişini, Tovuz rayon sakini Eyvaz Abdullayev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti