Sabirabadda gənc atlını yük maşını vurub

22:57 - 11 Sentyabr 2020 - HADİSƏ

Sabirabadda yol-nəqliyyat hadisəsində ağır xəsarət alan var.


“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Rəfiyev Emin Mahir oğlu atla gedərkən yük maşını vurub. Nəticədə kəllə-beyin travması alan E. Rəfiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti