Bakıda uşaq bağçasından 24 min manatlıq oğurluq edildi

13:21 - 11 Sentyabr 2020 - Xəbər

Bakıda uşaq bağçasında oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24 420 manat dəyərində məişət əşyaları, pianino, kompyüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.

Xəbər xətti