Bakıda mikroavtobus yük avtomobilinə çırpılıb- ölən və yaralananlar var

11:54 - 11 Sentyabr 2020 - HADİSƏ

Bakının Qaradağ rayonunda qəza olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti